Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:31

Kataloniyada 10-dan çox müstəqillik tərəfdarının saxlandığı bildirilir


Foto arxiv

Ispaniya hakimiyyəti Kataloniyanın müstəqilliyi ilə bağlı referenduma hazırlaşmaqda şübhəli bilinən azı 13 nəfəri saxlayıb.

Bu barədə sentyabrın 20-də “El Pais” portal polisə istinadla xəbər yayıb.

Onlar xüsusi əməliyyat zamanı saxlanıblar.

İspaniyanın hüquq-mühavizə orqanları həmçinin Kataloniyanın bir neçə hökumət binasında axtarış aparıb.

Kataloniya iqtisadiyyat idarəsinin rəhbəri Xosep Mariya Xove ( Josep Maria Jové), telekommunikasiya və informasiya texnologiyaları mərkəzi və bir sıra idarələrin əməkdaşları da saxlananlar arasındadır.

Hazırda Barselonanın mərkəzində reydlərə etiraz olaraq aksiya keçirilir.

Bundan əvvəl verilən məlumata görə, İspaniya prokurorluğu referendum görə Kataloniyanın şəhər merlərini prokurorluğa çağırıb.

Kataloniyanın şəhər merləri bu günlərdə əyalətin müstəqilliyi ilə bağlı referenduma dəstək aksiyası keçiriblər.

Qeyd edək ki, Kataloniya parlamenti bu günlərdə müstəqilliklə bağlı referendum keçirilməsi barədə qanun qəbul edib.

Referendum oktyabrın 1-də keçirilməlidir.

İspaniya hökuməti isə məsələ ilə bağlı Konstitusiya məhkəməsinə müraciət edib.

İspaniya konstitusiyası ölkənin bölünməsinə icazə vermir.

Bundan əvvəl də-2014-cü ilin noyabrında Kataloniyada müstəqilliklə bağlı referendum keçirilmişdi.

Amma Konstitusiya məhkəməsi həmin vaxt Kataloniyanı səsverməni ləğv etməyə çağıran qərar qəbul etdiyindən, referendumu qeyri-formal keçirdilər.

Həmin vaxt 80 faiz regionun İspaniyadan ayrılmasına səs vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG