Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 02:22

Çexiyanın xarici işlər nazirliyi ölkəsinin Azərbaycana silah satmasından xəbərsiz olduğunu deyir


Foto arxiv

Çexiyanın xarici işlər nazirliyi ölkəsinin Azərbaycana silah verməsi barədə məlumatı olmadığını deyir.

Nazirlikdən Azadlıq Radiosu Ermənistan xidmətinin sualına cavab olaraq bildirblər ki, adətən silah satışına icazəni Çexiya sənaye və ticarət nazirliyinin lisenziyalaşdırma üzrə departamenti verir.

Nazirlikdən onu da bildiriblər ki, xaricə ixrac edilən silahlar varədə məlumat çap üçün deyil.

Mənbənin“Trend” və “Azernews”-ə istinadla yazdığına görə, söhbət “Dana” özüyeriyən artileriya qurğularından gedir və bunlardan bu günlərdə keçirilən hərbi təlim məşqlərində istifadə olunub.

Xarici işlər nazirliyi həmçinin bildirib ki, Çexiya ümumiyyətlə son illərdə Azərbaycana “ölümcül silah” satışına lisenziya verməyib.

Azadlıq Radiosunun Ermənistan xidməti eyni sualla Çexiyanın Sənaye və ticarət nazirliyinə də müraciət etdiyini və yaxın vaxtlarda bu qurumdan cavab gözlədiyini yazır.

Çexiyanın xarici işlər nazirliyi həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli Çexiya üçün qəbuledilməzdir və münaqişənin beynəlxalq qanunlar çərçivəsində həllinin tərəfdarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG