Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:17

Nalbandyan Dağlıq Qarabağın statusu haqda nə deyib?


Edvard Nalbandyan
Edvard Nalbandyan

Yerevanda Ermənistan-Diaspora 6-cı Ümumerməni Konfransında çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılmasından başqa, tənzimləmənin digər elementlərinə də toxunub.

Azadlıq Radiosunun erməni xidmətinin məlumatına görə, o sentyabrın 18-dəki çıxışında deyib: “ Həmsədrlər deyirlər ki, Dağlıq Qarabağ əhalisi özü öz gələcəyini azad səsvermə ilə müəyyən etməlidir. Bu səsvermənin nəticəsinin hamı üçün beynəlxalq hüquqi qüvvəsi olmalıdır.

Yekun statusu müəyyən edəcək bu səsverməni təşkil etmək üçünsə, Dağlıq Qarabağın aralıq statusu olmalıdır. Bu o deməkdir ki, sonradan yekun status olacaq.

Öz müqəddəratını həll etmə haqqından istifadə edən ölkələrin çoxu bu yolu bu statuslarla gediblər: aralıq status, müvəqəqti status, sonra da yekun status. Aralıq status olanda beynəlxalq birlik özünün müvafiq qərarı ilə, ola bilsin, BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə bu statusu tanımalıdır”

Nalbandyan daha sonra Dağlıq Qarabağa təhlükəsizlik təminatından danışıb:

“Həmsədrlər nə deyir? Onlar deyirlər ki, Qarabağ probleminin tənzimlənməsi üçün çoxsəviyyəli beynəlxalq təhlükəsizlik təminatları lazımdır. Çoxsəsviyyəli o deməkdir ki, nəinki Təhlükəsizlik Şurasının qərarı iləQarabağ ətrafında çoxmillətli sülhümühafizə qüüvvələri yerləşdirilməlidir , həmçinin məsələn, etiraf olunmalıdır ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə qarantdır. Həmçinin Dağlıq Qarabağın müdafiə ordusu təhlükəsizliyə qarant olmalıdır”

Nalbandyan onu da deyib ki, təhlükəsizliyə tam təminat olmayınca, Qarabağ probleminin həlli mümkün deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG