Bu gün, sentyabrın 18-i Azərbaycanda “TurAz Qartalı - 2017” təlimləri başlayıb.
Bu barədə müdafiə nazirliyi məlumat yayıb.
Təlimlər Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilir.
Məlumatda bildirilir ki, təlimlər sentyabrın 30-na kimi davam edəcək.
Təlimlərə iki ölkənin Hərbi Hava Qüvvələrindən MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-a qədər aviasiya vasitəsi qatılmalıdırlar.