Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:22

Irma getdi, Maria qasırğası gəlir


Florida İrma qasırğasından sonra. 11 sent, 2017

Karib adalarına doğru daha bir güclü qasırğa yol alıb. Cəmi 2 həftə öncə bu regionda Irma qasırğası böyük dağıntılar törətmişdi.

Sentyabrın 17-də açıqlanmış hava proqnozuna görə, Maria tufandan qasırğaya çevrilib, sentyabrın 18-də gecə Leeward adalarına çatanadək daha da güclənəcəyi gözlənir.

Maria sentyabrın 17-də gecə Dominikanın şərqində saatda 445 kilometr sürətlə əsib.

Sinoptiklər qasırğanın Britaniya və ABŞ-ın Vircin adalarına, eləcə də Puerto Rikoya çata biləcəyini proqnozlaşdırıblar.

ABŞ ərazisi sayılan Puerto Riko hökuməti Maria-ya görə hazırlıqlara başlayıb.

Irma qasırğası Karibdə və ABŞ-ın Florida və Corciya ştatlarında onlarla adamın ölümünə səbəb olub. Ötən aysa ABŞ-ın Texas ştatını Harvey qasırğası vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG