Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 10:05

Rumıniyada tufandan 8 nəfər ölüb


Rumıniyada güclü küləyin yıxdığı ağaclar yollarda və dəmiryolu nəqliyyatında problemlər yaradıb.

Sentyabrın 17-də Rumıniyanın qərbində tufandan azı 8 nəfər həlak olub, 67 nəfər xəsarət alıb.

Saatda 100 km sürətlə əsən külək Serbiya və Xorvatiyanın bəzi yerlərində də dağıntılar törədib.

Güclü küləyin yıxdığı ağaclar yollarda və dəmiryolu nəqliyyatında problemlər yaradıb, xəstəxanalar, məktəblər və evlərin damının dağılması barədə məlumatlar var. Onlarla şəhər və kənd elektriksiz qalıb.

Ölkənin qərbində yerləşən Timisoara şəhərinin meri Nicolae Robu Digi24 telekanalına deyib ki, “yerdə onlarla ağac var, yollar bağlanıb, elektriksiz və susuz qalmışıq. Evlərin, binaların damı dağılıb. Yük maşınları aşıb. Heç vaxt belə şey görməmişəm”.

Həmin şəhərin rəsmiləri bir kişinin üstünə bilbord düşdüyünü, bir qadının isə ağac altında qalıb öldüyünü xəbər verir.

Ölkənin şimalındakı Bistrita-Nasaud əyalətində həlak olan iki nəfərdən birinin üstünə parkda ağac düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG