Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:00

Gənclərlə bağlı 4 illik dövlət proqramı işə düşür


Azərbaycanda tələbə,infoqrafika

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” dövlət proqramı təsdiq olunub. Prezident İlham Əliyev sentyabrın 15-də bununla bağlkı sərəncam imzalayıb.

Ölkə başçısının rəsmi internet səhifəsi dövlət proqramının mətnini də açıqlayıb.

Proqram ölkə başçısının 2012-ci ildə imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanıb. Sənədin girişində Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı dövrdə gənclər siyasəti istiqamətində atılan addımlardan bəhs olunur.
Bildirilir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib.

Proqramın məqsəd, vəzifələri

Dövlət proqramının məqsədi ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaqç kimi izah edilir.

Proqramın vəzifələrinə gəlincə, hökumət gənclərin hərtərəfli inkişafından ötrü şəraitin formalaşdırılmasını hədəfləyir.

Proqramın icrası ilə gənclərin azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi gücləndirilməlidir. Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərləri təbliğ edilməlidir.

Gənclərin sağlamlığının qorunması, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi, tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi də vəzifələr sırasına daxil edilib.

Maliyyə mənbələri

İnsan hüquqları, gender bərabərliyi, insan alverinə, zorakılığa qarşı mübarizə ilə bağlı gənclərin məlumatlarının artırılması da proqram çərçivəsində gerçəkləşdirilməlidir.

Həyata keçiriləcək tədbirlər dövlət büdcəsi, büdcədənkənar dövlət fondları hesabına maliyyələşdiriləcək.

Bu istiqamətə kredit və qrantların cəlb edilməsi də planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG