Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 11:36

Əsas kapitala yönəldilən vəsait açıqlanıb


Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 9868,5 milyon manat vəsait qoyulub.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

DSK bildirir ki, bu əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 0,1 faiz çoxdur.

“Vəsaitin 5969,9 milyon manatı neft sektoruna, 3898,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib. Ümumi sərmayənin 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib. İstifadə olunmuş vəsaitin 78,7 faizi məhsul istehsalı obyektlərinin, 16 faizi xidmət sahələri üzrə obyektlərin, 5,3 faizi isə ümumi sahəsi 1117,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39 faizini təşkil edib”, – məlumatda yazılır.

Buna da bax: Real ifadədə ixrac da, idxal da azalıb

Məlumatda bildirilir ki, bu məbləğdə təşkilatların vəsaitləri 69,8 faiz, bank kreditləri 11,8 faiz, büdcə vəsaitləri 11,8 faiz, əhalinin şəxsi vəsaitləri 4,5 faiz, büdcədənkənar fondların vəsaitləri isə 1,4 faiz təşkil edib.

0,7 faiz də cari vəsaitlərin payına düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG