Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 02:43

Astanada Suriya ilə bağlı sülh danışıqlarının 6-cı mərhələsi keçirilir


Astanada Suriya danışıqları

Astanada Suriya ilə bağlı sülh danışıqlarının 6-cı mərhələsi keçirilir.

Danışıqlar Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə keçirilir.

ABŞ İranın bu görüşdə iştirakına qarşı olsa da danışıqlara nümayəndə heyəti göndərib.

Qeyd edək ki, bu görüş BMT-nin rəhbərliyi ilə Cenevrədə keçirilən Suriya danışıqlarından ayrıca keçirilir.

Azadlıq Radiosunda olan məlumata görə, Qazaxıstanın xarici işlər nazirliyi bildirib ki, ekspertlər gərginliyin azaldılması zonalarında Rusiya, Türkiyə və İrandan hərbi qulluqçular yerləşdirilməsini müzakirə edirlər.

Moskva atəşkəs rejiminə nəzarət etmək üçün İdlib əyalətində hərbi polis yerləşdirilməsini istəyir.

TASS agentliyinin məlumatına görə həmçinin ABŞ və Rusiyanın nümayəndə heyətləri Astana görüşü çərçivəsində ayrıca danışıqlar aparırlar.

Qeyd edək ki, ABŞ və onun müttəfiqləri Suriya münaqişəsində müxalifətin, Rusiya ilə İran isə president Bashar Assad rejiminin tərəfini saxlayırlar.

Əvvəllər Bashar Assad rejiminə qarşı çıxan Türkiyə də indi Rusiya və İranla Astanada bir araya gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG