Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Lapshin-in Təl-Əvivə getdiyi deyilir


Alexander Lapshin Azərbaycana gətirilən zaman. 07fev2017

Bloqqer Alexander Lapshin-in sentyabrın 14-də Azərbaycanı tərk etdiyi bildirilir.

Bu barədə APA xəbər yayıb.

Xəbərə görə, A.Lapshin sentyabrın 14-də səhər saatlarında Binə hava limanından Bakı-Tel-Əviv reysi ilə İsrailə yollanıb. Onu anası Bella Lapshin müşayiət edib.

Alexander Lapshin İsrail, Rusiya, həm də Ukrayna vətəndaşıdır.

Buna da bax:​ Bloqqer Lapshin azadlıqda, o bir gün əvvəl intihara cəhd edibmiş

İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.

Bundan başqa, Lapshinin özünün puerrtto (LiveJournal) səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etdiyi bildirilir.

Həmçinin, vurğulanır ki, O, ötən il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar da səsləndirib.

Buna da bax: Lapshin İsrailə ekstradisiya olunmasını istəyir

2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunan Lapshin məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqqeri 3 il azadlıqdan məhrum edib.

Hökmə görə, Lapshin-ə verilmiş Azərbaycan əleyhinə açıq çağırışlar ittihamı təsdiqini tapmayıb və CM-in 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ittihamdan çıxarılıb. Bloqqer yalnız sərhədi qanunsuz keçməkdə təqsirli bilinib və CM-in 318-ci maddəsi ilə 3 il həbs cəzasına məhkum edilib.

Buna da bax: Lapşin: "“Qarabağ" sözünü hər iki dildə yazmışam”

Bloqqer sentyabrın 11-də prezidentin fərmanı ilə əfv olunub. Onun əfvindən bir gün əvvəl təcridxanada intihara cəhd etdiyi açıqlanmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG