Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 12:53

Erdogan S-400 raketləri ilə bağlı qərbin narahatlığını rədd edir


Recep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan ölkəsinin Rusiyadan S-400 raket sistemi almasına görə Qərbin narahatçılığını rədd edib və bildirib ki, Türkiyə özünün təhlükəsizliyi ilə bağlı tədbirlər görməkdə davam edəcək.

Bu barədə sentyabrın 13-də Reuters agentliyi məlumat yayıb.

“Onlar bizim S-400 razılaşması imzalamağımızdan cinlənməyə başladılar. Biz nə etməli, sizi gözləməliyik ? Biz təhlükəsizlik sahəsində tdbirləri davam etdirəcəyik”, Erdogan deyib.

Reuters bildirir ki, Rusiyadan S-400 raketlərinin alınması Türkiyənin NATO-dakı müttəfiqləri-xüsusilə də ABŞ və Aımaniya ilə münasibətlərinin gərilməsi fonunda baş verir.

Belə ki, ABŞ-ın Suriyada “İslam dövləti” qrupu ilə mübarizədə YPG kürd qruplaşamasını dəstəkləməsi Türkiyəni qəzəbləndirir.

Bundan başqa Almaniya 2016-cı ildə Türkiyədəki uğursuz qiyam cəhdinsən sonra bu ölkədəki kütləvi həbslər və təqibləri tənqid etdiyinə görə iki ölkə arasındakı münasibətlər korlanıb.

Mənbə yazır ki, rəsmi Pentaqon Türkiyə ilə Rusiya arasındakı bu sövdələşmədən narahatlıq bildirib.

“Biz Türkiyə rəsmilərinə S-400 raketlərinin potensial alınması ilə bağlı narahatlığımızı çatdırmışıq. NATO-nun raket hücumlarından müdafiə sistemi Türkiyəni regiondakı bütün təhlükələrdən qorumaqda ən yaxşı variantdır”, Pentaqonun sözçüsü Johnny Michael deyib.

Qeyd edək ki, Türkiyə sentyabrın 12-də Rusiyadan S-400 raket kompleksləri alınması barədə Moskva ilə razılaşma imzaladığını bəyan edib.

Türkiyənin NATO üzvü olmayan ölkədən belə bir silah alması barədə razılaşma, Qərbdə bunun texniki baxımdan NATO avadanlıqlarına uzlaşması barədə narahatlıq doğurur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG