Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 04:43

Türkiyə şirkəti ölkədən gedir


Diş pastası (arxiv fotosu)

"Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edir.

Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Nümayəndəlik cari ilin sentyabr ayının 15-dən ləğv olunacağını bildirir.

Buna da bax:​ Əcnəbi iş adamlarının Azərbaycandan köçü

Məlumatda vurğulanır ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.

2015-ci ildə Azərbaycanda baş verən dalbadal 2 devalvasiyadan sonra bir sıra xarici şirkətlər Azərbaycanda fəaliyyətlərini dayandırıblar.

Azərbaycan hökumətinin rəsmiləri isə indi bəyan edirlər ki, əsas məqsədləri ölkəyə xarici investisiya cəlb etməkdir.

Multimedia

XS
SM
MD
LG