Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:04

'Turan' agentliyinə şərait yaradılması istənilir


OSCE

ABŞ, İsveç, ATƏT nümayəndələri yenidən “Turan” İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevlə bağlı açıqlama yayıblar.

"Biz Mehman Əliyevin azadlığa buraxılmasını nəzərə alırıq, ancaq təəssüf edirik ki, o, indiyədək ev həbsindədir", - İsveçin insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə səfiri Annika Ben Devid sentyabrın 11-də Varşavada ATƏT-in insan inkişafı üzrə konfransında deyib.

“Amerikanın səsi”nin xəbərinə görə, o, əlavə edib ki, Azərbaycanda söz azadlığının vəziyyəti olduqca narahatedicidir.

Buna da bax:​ Senator R.Durbin: ‘Mehman Əliyevin buraxılmasını alqışlayıram’

ABŞ nümayəndə heyətinin rəhbəri Devid Killion da “Turan” Agentliyi ilə bağlı vəziyyətdən və siyasi motivli ittihamlardan narahatlığını bildirib.

O, deyib ki, Azərbaycanda bir neçə informasiya saytı bloklanıb. Bunların arasında AzadlıqRadiosu-nun saytı da var:

“Bəzi jurnalistlər, o cümlədən Mehman Hüseynov, Əfqan Muxtarlı həbsdədir”

Öz növbəsində ATƏT-in mətbuat üzrə xüsusi nümayəndəsi Harlem Dezir hakimiyyəti “Turan” Agentliyinin fəaliyyətinin bərpasına şərait yaradılmasına səsləyib.

Buna da bax: Hikmət Hacızadə: 'Sanksiyalardan qorxdular' [şərhlər]

Xatırlatma

“Turan” İA-nin direktoru Mehman Əliyev avqustun 24-də saxlanıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçmişdi. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Buna da bax:​ Mehman Əliyev azadlıqda [video]

Avqustun 31-i də kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər.

ABŞ Dövlət Departamenti və bir sıra beynəlxalq təşkilatlar Mehman Əliyevin dərhal azadlığa buraxılmasını istəmişdilər. Ötən həftə də ABŞ senatında M. Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya məsələsi gündəmə gəlmişdi.

Dünən sentyabrın 11-i isə prezident İ. Əliyevin “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tövsiyə verdiyi bildirildi. Elə həmin gün də məhkəmənin qərarı ilə Mehman Əliyev barəsində həbs qəti imkan tədbiri qərarı ləğv edildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG