Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:37

Google 2,42 milyard avro cərimədən şikayət verir


Google-da iş axtarışı

Google 2,42 milyard avro cərimələnməsi barədə Avropa Komissiyasının qərarından appelyasiya şikayəti verib.

Komissiya bu ilin iyun ayında ABŞ-ın Google şirkətini rəqabətdə qanunsuz üstünlük qazanmaqda günahkar bilmişdi. Komissiya bildirirdi ki, Google özünün axtarış xidməti kimi aparıcı mövqeyindən istifadə edərək, özünün satış xidmətini axtarış nəticələri arasında həmişə daimi yerdə saxlayır.

DPA agentliyinin məlumatına görə, Avropa Ədalət Məhkəməsi və Google sentyabrın 11-də appelyasiya şikayəti verildiyini təsdqiləyiblər.

Komissiya isə bildirir ki, öz qərarını müdafiə etməyə hazırdır. Komissiyanın bundan əvvəlki rekordu 2009-cu ildə kompüterlər üçün prosessor istehsal edən ABŞ-ın İntel şirkətini 1,06 milyard avro cərimələməsi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG