Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 23:54

Rusiyadan Qətər çağırışı


Səudiyyə xarici işlər naziri Adel al-Jubeir (sağda) və Rusiya xaric işlər naziri Sergei Lavrov 10 sent, 2017

Rusiya ərəb ölkələri koalisiyasını çağırır ki, Qətərlə danışıqlara getsinlər və acı diplomatik mübahisəni sona çatdırsınlar.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov sentyabrın 10-da səudiyyəli həmkarına deyib ki, “narazılıqları danışıqlar yoluyla həll etməyə tərəfdar olduğumuzu təsdiqləmişik”.

Buna da bax:​ Qətər İranla diplomatik münasibətləri tam bərpa edir

Lavrov Adel al-Jubeir-lə Səudiyyənin Ciddə şəhərində görüşüb. Görüşün transkriptini Rusiyanın Xaric İşlər Nazirliyi yayıb. Sənədə görə, Lavrov Küveytin mübahisədə vasitəçilik cəhdlərini alqışlayıb.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətərlə bütün diplomatik və kommersiya münasibətlərini kəsiblər. Onlar Dohanı regional terrorçuluğu maliyyələşdirməkdə, ərəb ölkələrinin əsas rəqibi olan İranla sıx əlaqələr yaratmaq suçlayırlar.

Qətər ittihamları qəbul etmir, koalisiyanın irəli sürdüyü 13 tələbi də rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG