Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 14:07

Qətər İranla diplomatik münasibətləri tam bərpa edir


Doha

Qətər, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin tələblərinə baxmayaraq avqustun 24-də İranla diplomatic əlaqələri tam bərpa edir.

Reuters-in məlumatına görə, Qətərin xarici işlər nazirliyi, 20 aylıq fasilədən sonra səfirinin Tehrana dönəcəyini bəyan edib.

Bu ölkənin İranla diplomatik əlaqələri dayandırmasına səbəb, Səudiyyə Ərəbistanının şiə dini xadimini edam etməsindən sonra Tehranla Doha arasında münasibətlərin pisləşməsi olmuşdu.

Amma indi Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb ölkələri Qətərin özü ilə diplomatik münasibətləri dayandırıb.

Onlar Qətəri beynəlxalq terrorçuluğu himayə etməkdə günahlandırırlar.

Qətər ittihamı rədd edir.

Qətərin xarici işlər nazirliyi İranla bütün sahələrdə münasibətləri möhkmləndirmək fikrində olduğunu bildirib.

Məlumata görə Qətərin xarici işlər naziri Sheikh Muhammad bin Abdulrahman al-Thani iranlı həmkarı Javad Zarif-lə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.

Qətərlə İranın böyük qaz ehtiyyatları var.

Ərəb ölkələri iyundan Qətərlə diplomatik və ticarət əlaqələrini kəsdikdən sonra İran bu ölkəyə ərzaq yardımları göndərməyə başlayıb.

Həmçinin Türkiyə bu münaqişədə Qətərin tərəfindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG