Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:27

“Azadlıq” qəzetinin bölgə müxbirin 3 il həbs edildiyi bildirilir


Ziya Əsədli

"Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədlinin Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə xuliqanlıqda ittiham olunaraq 3 il həbs edildiyi bildirilir.

Bu barədə AzadliqRadiosuna “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli məlumat verib.Ancaq o, hökmün hansı tarixdə çıxarıldığını bilmir.
Bu məlumatı Biləsuvar Rayon Məhkəməsindən də dəqiqləşdirmək mümkün olmayıb.

Verilən məlumata görə, Ziya Əsədli 2-ci qrup əlildir, 2 uşaq atasıdır

Ölkə medasinda bir müddət əvvəl Ziya Əsdli haqqındacinayət işi açıldığı barədə məlumat yayılmışdı.

Bölgə müxbirinin özücinayət işini “tamamilə qurama”adlandırmışdı:

“ Bu mənim jurnalistika fəaliyyətim, burda baş verənləri “Azadlıq” qəzeti vasitəsilə yaymağımla bağlıdır”, deyə o Azadlıq Radiosuna bildirmişdi.

Jurnalist,bu ilin aprel ayında demişdi ki, onun haqqındaCinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə cinayət işi açılıb:

“Aprelin əvvəlində Biləsuvar rayonunun Xırmandalı kəndində sakinlərin narazılığı olmuşdu. Həmin hadisələri işıqlandırmışdım. Bunun ardınca polisin təzyiqi genişləndi. Məni yerli çayxanada xuliqanlıq etməkdə ittiham edirlər. Bəli, çayxanada insident olub. Amma hücuma məruz qalan mən olmuşam və telefonumu qırıblar. Əvvəl çayxanaya buraxmadılar, sonar döydülər və telefonumu sındırdılar. Bununla bağlı dərhal 102 xidmətinə də məlumat verib, tədbir görülməsini istəmişəm. Ancaq sonra bəlli oldu ki, haqqımda şikayət var”,deyə o,bildirmişdi.

Amma onda Z.Əsədlinin nəql etdikləri ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsindən münasibət almaq mümkün olmamışdı. Sonradan da bu məsələ ilə bağlı nə rayon polisindən, nə dəDaxili İşlər Nazirliyindən hər hansı məlumat almaq cəhdi nəticə verib.

Təzəxan Mirələmli deyir ki, Ziya Əsədlinin sonuncu reportajı elə Biləsuvar rayonunun Xirmandalı kəndində sakinlərin yerli məmurlara etiraz olaraq yolu bağlamaları haqda olub.

O, vurğulayır ki, Ziya Əsədli daha çox video reportajlar hazırlayıb.

“Azadlıq” qəzetinin çapı ötən ildən dayanıb. Üstəlik,bu il məhkəmənin qərarı ilə azadlıq.info saytı bloklanıb.Sayta ölkə xaricindən girişdə hər hansı problem yoxdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG