Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 05:57

Türkiyə Almaniyada yaşayan və ya ora gedən vətəndaşlarına xəbərdarlıq elədi


Mevlut Cavusoglu

Türkiyənin xarici işlər nazirliyi Almaniyada yaşayan və ya bu ölkəyə səfər edən Türkiyə vətəndaşlarına xəbərdarlıq edib ki, ksenofobiya və ya irqçiliyə məruz qala bilərlər.

Azadlıq Radiosunun məlumatına görə, nazirliyin sentyabrın 9-da yaydığı bəyanatda, sentyabrın 24-ü bu ölkədə keçiriləcək parlament seçkisi ərəfəsində irqçi ritorikaların artdığı bildirilir.

Nazirlik Türkiyə vətəndaşlarına seçkiqabağı siyasi debatlar və toplantılardan qaçmağı məsləhət görür.

Bəyanatda deyilir ki, almaniyalı namizədlər Türkiyənin Avropa Birliyinə üzv olmasını əngəlləmək üçün seçkiqabağı kampaniyalarını Türkiyə əleyhinə yönəldiblər.

Almaniya kansleri Angela Merkel ötən həftə deyib ki, Avropa Birliyinin Türkiyəylə üzvlük danışıqlarının bitirilməsini istəyir.

Qeyd edək ki, Almaniya hökuməti 2016-cı il iyulun 15-də Türkiyədə edilən uğursuz çevriliş cəhdindən sonra ölkədəki kütləvi həbslər və təqibləri tənqid etdikdən sonra iki ölkə arasındakı münasibətlər korlanıb.

Almaniya hökuməti bunun insan haqları və fundamental azadlıqlara zidd olduğunu bəyan edib.

Öz növbəsində Türkiyə prezidenti Racep TayyipErdogan Berlini, bu qiyam cəhdinin əsas təşkilatçısı saydığı ilahiyyatçı Fətullah Gülen tərəfdarlarını dəstəkləməkdə günahlandırıb.

Fətullah Gelen hazırda ABŞ-da yaşayır. O Türkiyə hakimiyyətinin bütün ittihamlarını rədd edir.

Qiyam cəhdindən sonra Türkiyədə 160-dan çox mətbuat orqanı bağlanıb,150 mindən artıq adam, iştən kənarlaşdırılıb, təxminən 50 min nəfərsə həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG