Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 10:03

Azərbaycanda vaxtıkeçmiş kreditlər artmaqda davam edib.

Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kreditlərin ümumi məbləği bu il avqustun 1-nə 1 milyard 812,8 mln. manat təşkil edib.

İyulun 1-nə belə kreditlər 1 milyard 810.7 mln. manat olmuşdu. Artım 2,1 mln. manat və yaxud 0,12 faizə bərabərdir.

İlin əvvəlinə olan göstəricilərlə müqayisədə isə problemli kreditlər 340,2 mln. manat və yaxud 23,1 faiz çoxalıb.

Buna da bax:​ Bankların öhdəlikləri artıb

Mərkəzi Bankın bilgilərinə görə, Azərbaycanda problemli kreditlər ümumi kredit portfelinin 14 faizinə çatıb.

Bir çox ekspertlər problemli kreditlərlə bağlı rəsmi bilgilərin həqiqiliyinə şübhə ilə yanaşırlar. Onlar hesab edir ki, Azərbaycanda problemli kreditlərin həcimi daha çoxdur. Onların fikrincə, Mərkəzi Bank real vəziyyəti gizlədir.

Bank və BOKT-ların Mərkəzi Banka borcu...

Bank və bank olmayan kredit təşkilatlarının (BOKT) Mərkəzi Banka borcunun həcmi də artıb.

Buna da bax:​ 'ABB-nin iflası dünya maliyyə bazarını çökdürə bilər'

Onların Mərkəzi Banka olan borcunun həcmi avqustun 1-nə 7 milyard 117,4 mln. manat təşkil edib.

İyulun 1-inə olan göstəricilərlə müqayisədə isə artım 269,5 mln. manat (3,94 faiz) olub.

Bank və bank olmayan kredit təşkilatlarının Mərkəzi Banka borcu rekord göstəriciyə bir az da yaxınlaşıb. İndiyədək ən yüksək borc göstəricisi 2016-cı ilin oktyabrında qeydə alınıb - 7 mlrd. 507 mln. manat.

Günün bütün mövzuları

XS
SM
MD
LG