Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 22:19

Bu ilin ilk yarısının yekunlarına görə, Azərbaycan banklarının xarici öhdəlikləri 6 mlrd 800.4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatında belə yazılır.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə xarici öhdəliklərin həcmində artım var. Ötən illə müqayisədə artım 174.6 mln manat və ya 2.6 faiz olub.

Bankların xarici öhdəlikləri rekord həddə 2015-ci ildə baş verən iki devalvasiyanın (manat dolara nisbətən iki dəfə dəyər itirmişdi) ardınca yüksəlmişdi. 2016-cı ilin yanvarında bu öhdəliklər 8 mlrd 385.9 mln manata çatmışdı.

PROBLEMLİ KREDİTLƏR BİR AYDA 70 MİLYON ARTIB

Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda vaxtıkeçmiş kreditlərin məbləği artmaqda davam edib. İyulun 1-nə belə kreditlərin ümumi məbləği 1 milyard 810.7 mln. manat təşkil edib. Bu, iyunun 1-nə olan göstərici ilə müqayisədə 4.1 faiz və ya 70.9 mln. manat çoxdur.

İlin əvvəlinə olan göstəricilərlə müqayisədə isə problemli kreditlər 338.1 mln. manat artıb.

Ancaq bəzi ekspertlər düşünür ki, Azərbaycanda problemli kreditlərin həcimi daha çoxdur. Onlar düşünürlər ki, Mərkəzi Bank real vəziyyəti gizlədir.

BANK VƏ BANK OLMAYAN KREDİT QURUMLARI MƏRKƏZİ BANKA BORCLANIR

Bank və bank olmayan kredit təşkilatlarının Mərkəzi Banka borcunun həcmində də artım müşahidə olunur.

2017-ci ilin iyununda bank və bank olmayan kredit təşkilatlarının Mərkəzi Banka borcu maya nisbətən 397.3 mln. manat çoxalıb. Ümumi borc 6 mlrd. 847.9 mln. manat təşkil edib.

Bank və bank olmayan kredit təşkilatlarının Mərkəzi Banka borcu 2016-cı ilin oktyabrında rekord göstəriciyə çatmışdı - 7 mlrd. 507 mln. manat.

Günün bütün mövzuları

XS
SM
MD
LG