Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 12:50

Banqladeşə qaçan rohincaların sayı 270 min oldu


Rohinca qaçqınları

BMT-nin Qaçqınlar Agentliyinin ehtimalına görə, Myanmadan Banqladeşə qaçan rohinca qaçqınlarının sayı 270 minə çatdı.

Agentliyin sözçüsü Vivian Tan sentyabrın 8-də deyib ki, bu, bir gün əvvəlki rəqəmlərdən xeyli çoxdur. Bir gün əvvəl Agentlik 164 min qaçqından danışırdı.

Tan deyib ki, qaçqın sayı həyəcan doğurur. Tanın fikrincə, dünya təcili reaksiya verməlidir.

Myanmada və ya başqa adı ilə deyilsə, Birmada zorakılıq avqustun 25-də rohinca müsəlmanlarının polis məntəqlərinə hücumu və ordunun əks-hücumu ilə başlandı. 400 rohinca müsəlmanı öldü və Mynamada milli azlıq olan rohincalar o vaxtdan Banqladeşə qaçır.

Günün bütün mövzuları

XS
SM
MD
LG