Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Tovuzda toyda kütləvi zəhərlənmə olub


Kütləvi zəhərlənmə. Foto arxiv. 2012

Sentyabrın 7-si axşam Tovuzda kütləvi zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, zəhərlənmə bir toyda baş verib.

Əvvəlcə axşam saatlarında 11 nəfər rayon mərkəzi xəstəxanasına müraciət edərək, özlərini pis hiss etdiklərini deyiblər. Onlara tibbi yardım göstərilib. Həmin şəxslərin toyda yedikləri qidalardan birindən zəhərləndikləri ehtimal olunur. Sonradan xəstəxanaya müraciət edənlərin sayı artıb.

Ümumilikdə 39 nəfər xəstəxanaya üz tutub. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsinin xəstəxanada davam etdiyi açıqlanıb.

Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG