Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 01:29

Tacikistanın korrupsiya ilə mübarizə agentliyi əhalini əməkdaşlığa cəb edir


Foto arxiv

Tacikistanın dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyi ölkə sakinlərini işə cəlb etmək fikrindədir.

Qurumun rəsmi saytında vətəndaşların nazirliklər də daxil olmaqla dövlət qrumlarında korrupsiya və pozuntular barədə xəbər verə biləcəyi telefon nömrəsi və elektron ünvan dərc edilib və anonimliyə tam təminat verilir.

Tacikistanın daxili işlər nazirliyi 2016-cı ildə korrupsiyalaşımış idarələrin reytinqini açıqlayıb.

Birinci yerdə səhiyyə nazirliyi gəlir, orda 100-dən çox cinayət qeydə alınıb.

İkinci yerdə təhsil naziriliyi (90 pozuntu), 3-cü yerdə isə nəqliyyat sistemi gəlir.

Nəqliyyat sahəsində 24 rüşvət halı aşkar edilib.

Əhalinin korrupsiya ilə mübarizəyə cəlb edilməsi ideyası, prezident Emomali Rakhmon-un ilin əvvəllərində hökumət iclasındakı bəyanatından sonra yaranıb.

Prezident həmin iclasda korrupsiya faktlarının aşkarlanması sahəsində işin gücləndirilməsini göstəriş verib.

Korrupsiyaya qarşı yeni mübarizə departamenti ilin sonunda nəticələri açıqlamalıdır.

Transparency International təşkilatının bu ilin iyununda açıqladığı korrupsiya indeksində Tacikistan 175 ölkə arasında 151-ci terdə gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG