Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 21:34

Bakıda yağış gözlənir


Yağış

Sentyabrın 8-i Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Yarımadada gecə 20-24, gündüz 25-28, Bakıda gecə 21-23, gündüz 25-27 isti olacağı gözlənilir.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı şimal və şərq rayonlarında yağıntının intensiv olacağı ehtimal edilir. Gecə 19-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG