Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:37

Vladimir Putin “Şimali Koreyanı güncə sıxmaq” cəhdindən çəkinməyə çağırıb


Vladimir Putin və Moon Jae-in

Rusiya prezidenti Vladimir Putin nüvə və raket proqramına görə, “Şimali Koreyanı güncə sıxmaq” cəhdindən çəkinməyə çağırıb.

Putin bunu sentyabrın 6-da “Şərq iqtisadi forumu” çərçivəsində Cənubi Koreya prezidenti Moon Jae-in-lə görüşdən sonra deyib.

Putin həmçinin deyib ki, Moskva Şimali Koreyaya qaşı yeni sanksiyalar tətbiq edilməsini istəmir.

Putin qeyd edib ki, Koreya yarımadasındakı problemi yalnız sanksiyalar və təzyiqlə həll etmək mümkün deyil.

Qeyd edək ki, Şimali Koreya son aylar bir neçə raket və nüvə sınağının ardıbca-sentyabrın 3-də hidrogen bombasının uğurlu sınağını keçirdiyini bəyan edib.

ABŞ baş qərargah rəisləri birləşmiş komitəsinin rəhbəri Joseph Dunford bundan az sonra Cənubi koreyalı həmkarı Gen Jeong Kyeong-doo ilə Şimali Koreyaya qarşı birgə hərbi tədbirlər görmək razılığına gəliblər.

Beynəlxalq aləm, o cümlədən də Rusiya Pxenyanı BMT təhlükəsizlik şurasının qətnamələrinə məhəl qoymamaqda ittiham ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG