Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:10

Hava sərinləyəcək


Yağış

Sentyabrın 7-si Bakı və Abşeron yarımadasında axşama doğru bəzi yerlərdə yağış yağacağı bildirilir. Mülayim cənub-qərb küləyinin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 22-25, günün birinci yarısında 28-33, axşam 24, Bakıda gecə 23-25, günün birinci yarısında 31-33, axşam 24 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti təxmin edilir.

Nazirlik bildirilib ki, bir neçə gün davam edən isti havadan sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7 dərəcə düşəcəyi təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG