Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:34

Türkiyə və Gürcüstanın nazirləri Bakıya gəlib


Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun gürcüstanlı həmkarı Mixeil Canelidze bu gün, sentyabrın 5-i Azərbaycana gəliblər.

Artıq, prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul da edib.

Nazirlərin səfərinin məqsədi sentyabrın 6-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.

Buna da bax:​ Super benzinin yenidən bahalaşdığı deyilir [yenilənir]

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri son zamanlarda tez-tez keçirilir. Görüşlərdə adətən regional və qlobal məsələlər müzakirə edilir.

Bu görüş sayca altıncıdır.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2012-ci ildə Trabzonda keçirilib.

Daha sonra nazirlər Batumidə, Gəncədə, Qarsda və iki dəfə Tbilisidə bir araya gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG