Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:27

Sentyabrın 5-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7009 səviyyəsində formalaşıb.

Bu gün, sentyabrın 5-i rəsmi məzənnəyə görə, 1 dollar 1.7010 manata bərabər olub.

Son 5 ayda bəzi istisnalarla hərraclarda manat möhkəmlənir. Bu il ümumilikdə manatın dollara nisbətən 4 faiz bahalaşdığı bildirilir.

Bəzi ekspertlər isə deyirlər ki, Azərbaycanda manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur. Manat möhkəmlənir, qiymətlər isə bahalaşmaqda davam edir. Onlar düşünürlər ki, Azərbaycanda məzənnə reallıqda inzibati yolla müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG