Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 11:49

Yanğın nəzarətə götürülüb - Nazirlik


Qəbələdə yanğın davam edir
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Qəbələdə yanğın davam edir

Qəbələ rayon Bum meşəbəyliyinin Abrıx, Dandık, Solquca kəndləri ətrafındakı meşə sahələrində yanğın nəzarətə götürülüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğının tam söndürülməsindən ötrü ekologiya və fövqəladə hallar nazirliklərinin hadisə yerində olan canlı qüvvəsi, texnikası operativ tədbirləri davam etdirir.

«Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın isə sentyabrın 4-ü gecə saat 4 radələrində tam olaraq söndürülüb», - deyə nazirlik vurğulayır.

Bir həftə əvvəl Oğuz və Qəbələ rayonlarında meşəlik ərazidə yanğınlar baş verdiyi bildirilmişdi. Ancaq avqustun 30-u yanğınların lokallaşdırıldığı açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG