Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 18:14

Qəbələdə yanğın davam edir


Söndürülmə işlərində nazirliyin 520 nəfər şəxsi heyəti, 36 ədəd texnika və bir helikopter iştirak edir.

Bir həftə əvvəl Qəbələ rayonunun meşəlik ərazisində başlayan yanğın hələ də söndürülməyib.

Bu barədə Qəbələ rayonunda meşə ərazisində baş verən yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahının məlumatında bildirilir.

Məlumatda yazılır ki, yanğına qarşı işlər üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır:

«Burada əsasən quru ot, sıx kollar (moruq, böyürtkən və s.), qurumuş ağaclar, onların qalıqları və qismən ağaclar yanır».

Qərargah vurğulayır ki, söndürülmə işlərində nazirliyin 520 nəfər şəxsi heyəti, 36 ədəd texnika və bir helikopter iştirak edir. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi, icra hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr da prosesə cəlb edilib.

«Yanğının baş verdiyi ərazi dəniz səviyyəsindən, təqribən, 1000 m hündürlükdə yerləşir. Havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır. Eləcə də, ərazi yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən, texnikanın həmin əraziyə qalxmasında çətinliklər yaranıb. Ona görə də yanğının söndürülməsi üçün bütün vasitələrdən, əsasən əl əməyindən və helikopterdən istifadə olunur», - məlumatda qeyd edilir.

Bir həftə əvvəl Oğuz və Qəbələ rayonlarında meşəlik ərazidə yanğınlar baş verdiyi bildirilmişdi. Ancaq avqustun 30-u yanğınların lokallaşdırıldığı açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG