Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 12:52

ABŞ Pakistana hərbi yardımı dayandırır


Pakistanda ABŞ əleyhinə nümayiş - 30 avqust 2017

Birləşmiş Ştatlar Pakistana 255 milyon dollarlıq hərbi yardımın ödənməsini dayandırır və, prezident Donald Trump-ın dediyi kimi, anti-Əfqanıstan hərbi qruplaşmaların «təhlükəsiz» sığınacaqlarını dağıtmasını istəyir.

Dövlət Departamentinin rəsmiləri avqustun 31-də bildiriblər ki, ABŞ Pakistanın silahlı qruplaşmalara qarşı hərəkətə keçdiyini görməyincə, pul hesabdan ayrılmayacaq.

Söhbət Əfqanıstan «Taliban»ı və «Haqqani» kimi şəbəkələrdən gedir. ABŞ kəşfiyyat agentlikləri onların uzun illərdir Pakistan sərhədlərində məskən saldığını bildirir.

Pakistansa terrorçulara sığınacaq vermədiyini söyləyir və Birləşmiş Ştatları Əfqanıstanda 16 illik müharibəni uduzmasına görə İslamabaddan «günah keçisi» kimi istifadə etməkdə suçlayır.

ABŞ-ın Pakistana bu yeni yanaşması bu həftə Pakistan parlamentinin etiraz qətnaməsi çıxarmasına, Pakistan küçələrində ABŞ əleyhinə etirazlara səbəb olub. Polis etirazların dağıdılmasında gözyaşardıcı qaza əl atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG