Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 00:19

ABŞ-ın ATƏT-dəki nümayəndəsi M.Əliyevə azadlıq istəyib


Məhkəmə Məhman Əliyevin şikayətini əsassız saydı
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Məhkəmə Məhman Əliyevin şikayətini əsassız saydı

ABŞ-ın ATƏT-dəki Müvəqqəti işlər vəkili Harry P.Kamian ATƏT-in Daimi Şurasında Azərbaycanda «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi barədə danışıb.

Bu barədə «Amerikanın səsi»nin xəbərlərində bildirilir.

«Birləşmiş Ştatlar Azərbaycanda yeganə müstəqil informasiya agentliyinin direktoru Mehman Əliyevin vergidən yayınma ittihamı ilə avqustun 24-də 3 ay həbs edilməsindən və agentliyin bank hesablarının dondurulmasından çox narahatdır. Bu hal Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasında son seriyadır. Biz Azərbaycan hökumətini beynəlxalq birlik və ATƏT önündəki öhdəliklərinə əməl edərək, öz azadlıq hüququndan istifadə etdiyinə görə həbsə alınan Mehman Əliyevi, eləcə də digər şəxsləri azad etməyə çağırırıq», - Harry P.Kamian bəyan edib.

Bu məsələ ilə bağlı ABŞ Dövlət Departamenti, Norveç, Fransa və Böyük Britaniya xarici işlər nazirliklərinin təmsilçiləri də açıqlama yayıb. Bundan başqa, Avropa Birliyi, Avropa Şurası və bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də M.Əliyevin həbsinə reaksiya veriblər. Bu açıqlamalarda baş verənlərlə bağlı narahatlıqlar dilə gətirilir və M.Əliyevin azadlığı istənilir.

XATIRLATMA

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Dünən, avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar, onunla əməkdaşlıq edənlər sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG