Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:16

Keçmiş deputat Umar Cabrailov atəş açarkən narkotik təsiri altında olub


Umar Dzhabrailov

Biznesmen və Rusiya Federasiya Şurası-nın keçmiş deputatı Umar Cabrailov ( Umar Dzhabrailov) atışmadan sonra Moskvadakı oteldə saxlanarkən narkotik təsiri altında olub.

RBK-nın hüquq-mühavizə orqanlarına istinadla verdiyi məlumata görə, bunu tibbi ekspertizanın nəticələri göstərib.

Cabrailov avqustun 30-a keçən gecə Moskvadakı otellərdən birində şəxsi tapancası ilə bir neçə dəfə tavana atəş açdıqdan sonra saxlanıb.

Axtarış vaxtı onun qaldığı nömrədən ağ toz tapıldığı bildiriliridi.

Keçmiş deputata qarşı xüliqanlıq maaddəsi ilə cinayət işi açılıb.

Bir qədər sonra biznesmen ölkədən çıxmamaq şərti ilə sərbəst buraxılıb.

O bunun səhvən baş verdiyini iddia edir.

Umar Cabrailov 2004-2009-cu illərdə Federasiya şurasında Çeçenistanı təmsil edib.

O, həmçinin Federasiya şurasındakı beynəlxalq məsələlər komitəsinin sədr müavini və Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub.

Cabrailov həmçinin tikinti və otel biznesi ilə məşğul olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG