Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:25

Rusiyanın yeni səfirindən ABŞ-a əməkdaşlıq təklifi


Anatoly Antonov

Rusiyanın Birləşmiş Ştatlara yeni təyin olunmuş səfiri ikitərəfli birbaşa kontaktların yenidən qurulmasına çağırıb. Moskva və Vaşinqtonun hərbi, kəşfiyyat və xarici siyasət rəhbərləri arasında daimi əlaqələrin bərpasına çağırış avqustun 30-da səsləndirilib.

İkitərəfli hərbi kontaktlar 2014-cü ildə, Rusiya Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edəndən sonra dondurulub. Ancaq ABŞ-ın dövlət katibiylə Rusiyanın xarici işlər nazirləri arasında görüşlər keçirilir.

«Kommersant» vebsaytına müsahibəsində Anatoly Antonov deyib ki, «birgə görüşləri daimi bərpa etməyin vaxtı çatıb». O, Rusiya və Birləşmiş Ştatların kəşfiyyat xidmətləri rəhbərlərinin görüşlərini keçirməyə çağırıb, deyib ki, belə təmaslar terrorçuluq və kiberhücumlarla mübarizəni irəli aparar.

O, Rusiyanın Təhlükəsizlik Şurasıyla ABŞ-ın Milli Təhlükəsizlik Şurası arasında da «işlək əməkdaşlıq» təklif edib.

«İkitərəfli münasibətləri normal səviyyəyə qaytarmaqda maraqlıyıq», – Antonov «Kommersant»a deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG