Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 12:36

Erdoğan-ın Azərbaycana səfəri təxirə salınıb


İ.Əliyev və R.T.Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın Azərbaycana səfəri təxirə düşüb.

Türkiyənin Azərbaycanda səfiri Erkan Özoral bu haqda avqustun 30-da jurnalistlərə açıqlamasında bildirib.

Ancaq bununla belə o vurğulayıb ki, prezident Erdoğan-ın Azərbaycana səfəri yaxın vaxtlarda baş tutacaq. Lakin o, dəqiq vaxt göstərməyib.

E.Özoral səfərin təxirə salınmasının səbəbləri barədə də açıqlama verməyib.

Türkiyə mətbuatı bundan öncə yazırdı ki, prezident Erdoğan-ın sentyabrın 10-da Azərbaycana səfəri gözlənir. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyi də bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG