Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 20:40

Almaniya ombudsmanı Mehman Əliyevin həbsini pisləyib


Almaniya bayrağı

«“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi haqqında xəbərdən narahat oldum. Mən Azərbaycan hökumətini ifadə azadlığı, mətbuat azadlığı və qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərinə riayət etməyə səsləyirəm».

Almaniyanın insan hüquqları üzrə federal komissarı Berbel Kofler-in avqustun 29-da “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı yaydığı bəyanatda belə deyilir.

Buna da bax:​ ABŞ Dövlət Departamenti Mehman Əliyevin dərhal azadlığını istəyir

“M. Əliyevə cinayət təqibi nəticəsində vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. Bank hesablarının bağlanması ilə əlaqədar agentlik sentyabrın 1-dən fəaliyyətini dayandırmaq məcburiyyətindədir. Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyət əvvəlkindən daha çox narahatlıq doğurur. Mən Azərbaycan hökumətini ifadə azadlığı, mətbuat azadlığı və qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərinə riayət etməyə səsləyirəm”, - komissar öz bəyanatında vurğulayıb.

Kofler qeyd edib ki, Mehman Əliyevin məsələsini və Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyəti diqqətlə izləməyə davam edəcək.

Buna da bax: Şirməmməd Hüseynov: 'Araşdırılmalıdır Mehman Əliyev qanunçuluğu pozub, ya pozmayıb'

Xatırlatma

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Buna da bax:​ Cəmil Həsənli: 'Ötən 25 ildə Mehman hökumətdən heç bir maliyyə yardımı almayıb'

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Dünən, avqustun 28-də isə “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar.

Verilən məlumata görə, əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.

Buna da bax: Böyük Britaniya Mehman Əliyevin həbsindən narahatdır

Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti, Fransa və Böyük Britaniya xarici işlər nazirliklərinin təmsilçiləri açıqlama yayıb. Bundan başqa, Avropa Birliyi, Avropa Şurası və bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də Mehman Əliyevin həbsinə reaksiya veriblər. Bu açıqlamalarda baş verənlərlə bağlı narahatlıqlar dilə gətirilir və Mehman Əliyevin azadlığı istənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG