Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 01:41

Böyük Britaniya Mehman Əliyevin həbsindən narahatdır


Arxiv fotosu

Böyük Britaniya Azərbaycan hakimiyyətini azad ifadə və ədalətli məhkəmə hüququnu təmin etməyə səsləyib.

Bu haqda “Turan” Agentliyinə vergidən yayınma ittihamı ilə cinayət işi açılması və onun direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi öz bəyanatında bildirib.

Buna da bax:​ Deputat: 'Mehman Əliyevin həbsinə gərək yox idi...'

Bəyanatla bağlı “Turan” İnformasiya Agentliyi xəbər yayıb:

“Böyük Britaniya “Turan” Agentliyinə qarşı cinayət işindən və agentliyin direktorunun həbsindən narahatdır. Hadisələrin bu şəkildə inkişafı ifadə azadlığının və müstəqil KİV-in fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar narahatlıq doğurur”.

Bəyanatda Böyük Britaniyanın vəziyyətin gedişatını izlədiyi vurğulanır.

“Azərbaycan hakimiyyətini fundamental azadlıqların, insan hüquqlarının, qanunun aliliyinin, o cümlədən Mehman Əliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi üzrə öhdəliklərinə riayət etməyə səsləyirik”, – deyə Böyük Britaniya XİN-in nümayəndəsi bildirib.

Buna da bax:​ Müdafiə tərəfi Mehman Əliyevə ittihamlara yazılı cavab verdi

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Hüseynov ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Buna da bax:​ ABŞ Dövlət Departamenti Mehman Əliyevin dərhal azadlığını istəyir

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər nazirliyi də açıqlama yayıb. Bundan başqa Avropa Birliyi, Avropa Şurası və bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də Mehman Əliyevin həbsinə reaksiya veriblər. Bu açıqlamalarda baş verənlərlə bağlı narahatlıqlar dilə gətirilir və Mehman Əliyevin azadlığı istənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG