Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 11:29

Qəbələ və Oğuzda yanğının lokallaşdırıldığı bildirilir [yenilənib]


Yanğın. Foto arxiv

Oğuz və Qəbələ rayonlarında baş verən meşə yanğınlarının lokallaşdırıldığı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında belə deyilir. Məlumatda yanğın hadisəsinin detalları haqda bilgi verilir.

Bildirilir ki, Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Bum meşəbəyliyinin 2 saylı dolayında avqustun 28-də yanğın başlayıb.

Oğuz rayonunun Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında isə yanğın bu gün, avqustun 29-u səhər saat 8 radələrində müşahidə edilib.

Buna da bax:​ Hərbi hissədəki partlayışla bağlı toplantı olub (Video)

Bum meşəbəyliyində baş verən yanğının əl əməyindən və Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterindən istifadə edilməklə avqustun 29-da saat 15 radələrində lokallaşdırıldığı açıqlanıb.

İlkin hesablamalara görə, yanğın nəticəsində 10 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Xaçmaz meşəbəyliyində baş vermiş yanğının isə saat 14 radələrində tam söndürüldüyü bildirilir. Bu yanğın nəticəsində isə 0.5 hektar ərazidə quru ot və kol örtüyünün yandığı bildirilir.

Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Buna da bax: Bundan əvvəl də Şirvandakı hərbi zavodda partlayış olmuşdu

* * *

Dünən, avqustun 28-i Qəbələ və Oğuz rayonlarında meşə sahələrində yağın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

«Oğuz rayonunun Xaçmaz kəndində, Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin, mülki müdafiə qoşunlarının, Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri və Aviasiya dəstəsinin bir helikopteri söndürmə işlərinə cəlb olunub. Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb. Yanğın saat 20:53-də söndürülüb»,- məlumatda vurğulanır.

Qalan ərazilərdə söndürmə işlərinin davam etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG