Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 11:40

Sentyabrın 22-si Məhərrəm ayı başlayır


Bakıda Aşura

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının başlanması və Aşura günü ilə bağlı açıqlama verib.

QMİ-dən verilən xəbərə görə, bu il Məhərrəm ayı miladi təqvimi ilə sentyabrın 22-dən başlayır.

Aşura (ərəb dilində «10-cu gün» deməkdir ) gününün isə oktyabrın 1-nə təsadüf edəcəyi bildirilir.

İslam təqvimində Məhərrəm ayı ilk aydır.

XATIRLATMA

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində (680-ci il) Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi ümumilikdə Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da «Aşura hadisəsi» - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG