Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 17:42

'Mehman Əliyevə Azadlıq Komitəsi' elan olunub


Mehman Əliyev Elmar Hüseynovun qəbri başında

Bu gün, avqustun 28-də “Mehman Əliyevə Azadlıq Komitəsi”nin İşçi Qrupunun toplantısı keçirilib. Müsavat Partiyasının qərargahında keçirilən toplantıda “Turan” Agentliyinin həbsdəki direktorunun müdafiə məsələləri müzakirə olunub.

Təşkilatçılardan Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının sədrliyi ilə keçirilən toplantıda “Mehman Əliyevə Azadlıq Komitəsi” elan olunub, ilkin tərkib formalaşdırılıb. İlkin tərkib 87 nəfərdən ibarətdir.

Buna da bax:​ Vergi müfəttişləri yenidən 'Turan'da...

Əksər müxalif siyasi partiya rəhbərləri, siyasətçilər, ictimai təşkilat rəhbərləri, jurnalistlər və ictimai xadimlər komitədə təmsil olunur.

Toplantıda Mehman Əliyevin müdafiəsi istiqamətində atılacaq addımlar qərarlaşdırılıb.

Komitənin geniş tərkibdə toplantısının avqustun 31-də keçirilməsi planlaşdırılıb.

Xatırlatma

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Deputat: 'Mehman Əliyevin həbsinə gərək yox idi...'

Vergilər Nazirliyi avqustun 8-də «Turan» Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Bu gün, avqustun 28-də isə “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar.

Buna da bax:​ Böyük Britaniya Mehman Əliyevin həbsindən narahatdır

Verilən məlumata görə, əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG