Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:07

İranlı mistik ikinci dəfə ölümə məhkum edildi


Evin həbsxanası , mənbə: İSNA

Hazırda həbsdə olan iranlı mistik lider Mohammad Ali Taheri ikinci dəfə ölümə məhkum edilib.

O, birinci dəfə ölümə iki il qabaq məhkum edilmişdi, appelyasiyadan sonra isə bu cəza dəyişdirildi.

Taherinin vəkili Mahmud Alizadeh Tabatabaei deyib ki,Taheri yaratdığı Mistisizm Çevrəsi ilə “Yer üzündə dini aşınma yaydığına görə”, ölümə məhkum edilib. Ancaq vəkil ümid edir ki, Ali Məhkəmə bu qərarı ləğv edəcək.

Taheri kainatın mistik anlamını öyrədirdi və hətta bunu tədris etməyə icazəsi də vardı.

Ancaq İranın Ali dini lideri Ayətullah Khamenei “adamları islamdan uzaqlaşdıra biləcək saxta mistisizm” haqda xəbərdarlıq edəndən sonra Taheriyə təzyiqlər başlandı.

Taheri 2010-cu ildə həbs olunub. 2011-ci ildə küfrə görə 5 il həbs cəzası aldı və Evin həbsxanasında saxlanır. Eyni ittihamla 2015-ci ildə ölümə məhkum edildi.

Taheri həbsinə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG