Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Natiq Cəfərli ilə bağlı cinayət işi dayandırılıb


Natiq Cəfərli

REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli ilə bağlı qaldırılan cinayət işi dayandırılıb.

Bu barədə onun vəkili Cavad Cavadov məlumat yayıb.

Vəkilin bildirməsinə görə, bu gün, avqustun 28-i onu və N.Cəfərlini Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırıblar:

«Bizə onun barəsində başlanılmış, Cinayət Məcəlləsinin 192.1 və 308.2 maddəsi ilə olan işin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam verildiyinə dair qərar elan edildi. Axtarış zamanı götürülmüş əmlaklar, şəxsiyyət vəsiqəsi və digər sənədləri özünə qaytarıldı. Eyni zamanda, ölkədən çıxışına məhdudiyyətinin də götürüləcəyi bildirildi».

Vəkilin deməsinə görə, onlara bildirilib ki, REAL Hərəkatının sədr müavini Azər Qasımlının da ölkədən çıxışına qoyulan məhdudiyyət götürüləcək. C.Cavadov vurğulayıb ki, N.Cəfərliyə ittihamlar qurama idi və heç bir hüquqi əsası yox idi.

XATIRLATMA

N.Cəfərli ötən il avqustun 12-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

N.Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Ancaq həbsin bir ayı tamam olmamış, sentyabrın 9-u axşam saatlarında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə o, sərbəst buraxılıb.

Onun vəkillərindən C.Cavadovun bildirdiyinə görə, N.Cəfərli istintaqı aparan prokurorluq qurumunun təqdimatı əsasında azadlığa buraxılıb. Prokurorluğun təqdimatı N.Cəfərlinin həbsdən azad edilməsi ilə bağlı olub. Ancaq o, sərbəst buraxılsa da, cinayət işi ləğv edilməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG