Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 21:54

Bayrağın rəngini bilməyənlər müsahibədən keçmir


Bakıda kütləvi bayraq satışı...
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Bakıda kütləvi bayraq satışı...

Avqustun 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5 min 225 nəfərin buraxıldığı həmin mərhələdə avqustun 25-nə kimi 3 mindən çox namizəd müsahibədən keçib.

Bu açıqlamanı Təhsil Nazirliyi yayıb.

Komissiya üzvlərindən Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov deyib ki, bəzən müəllimlərin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir:

«Yəni, ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi odur ki, Azərbaycanın müstəqillik tarixinə qarşı biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədi ilə törədib».

R.Məmmədov bildirib ki, bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altında olan ərazilərin sayından xəbərsiz kifayət qədər namizəd qeydə alınıb.

Ancaq sektor müdiri həmin şəxslərin hansı fənn üzrə diplom aldıqlarını açıqlamayıb.

Bu il Azərbaycanda müəllim olmaqdan ötrü 42 min şəxs müsabiqəyə qatılıb. Onlardan yalnız 5 min 225 nəfər müsabiqədən keçib. Müsahibə mərhələsində isə neçə iddiaçının ələnəcəyi bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG