Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 20:42

Prezident 'Qarabağ'a 2 milyon ayırdı


"Qarabağ" klubunun qələbəsinə sevinən azarkeşlər. 23avq2017

UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanan “Qarabağ” futbol klubunun heyətini bu gün, avqustun 24-də prezident İlham Əliyev qəbul edib.

Bu haqda prezidentin mətbuat xidməti xəbər verir.

Buna da bax:​ Qurban Qurbanov: 'Sadəcə emosiyalarımı saxlaya bilmədim'

Futbolçuları, məşqçiləri və komandanın rəsmilərini qəbul edən ölkə başçısı həm də “Qarabağ” klubuna 2 milyon manat ayırıb. Prezident bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, “Qarabağ"ın ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir.

Buna da bax:​ "Qarabağ" UEFA-nn reytinqində 8 pillə irəlilədi

“Qarabağ” UEFA Çempionlar Liqasının avqustun 23-də keçirilən play-off mərhələsinin cavab görüşündə səfərdə “Kopenhagen” klubuna 2:1 hesabı ilə məğlub olub. Ancaq iki oyunun cəminə görə, “Qarabağ” Avropa Çempionlar Liqasının qrup mərhələsinə adladı.

“Qarabağ” Bakıda keçirilən ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG