Keçid linkləri

Təcili xəbərlər
2018, 09 Dekabr, bazar, Bakı vaxtı 22:58

'Azadlıq' əleyhinə iddia qismən təmin edilib


«Azadlıq» qəzeti

Yasamal Rayon Məhkəməsi «Azadlıq» qəzeti redaksiyasına qarşı mülki iddianı qismən təmin edib. Bu haqda qərar avqustun 23-də çıxarılıb.

«Azadlıq» qəzetinin redaksiyasını həbsdəki jurnalist Fikrət Fərəməzoğluyla bağlı açılmış cinayət işində şahidlərdən Şirin Abdullayev məhkəməyə vermişdi. Məhkəmə reportajında nüfuzunun aşağılandığını bildirən iddiaçı təkzib və 10 min manat təzminat istəyirdi.

Yasamal Rayon Məhkəməsi iddia üzrə qərarını elan edib. Qərara görə, «Azadlıq» qəzeti redaksiyası iddiaçı haqda dərc olunmuş yazını təkzib etməlidir. İddiaçının maddi təzminat tələbi isə təmin olunmayıb.

«Azadlıq» qərarla razılaşmır, apellyasiya şikayəti verəcək.

Məhkəmə iddiasına qəzetin azadliq.info saytında dərc edilmiş «Jurnalistin üzünə duran «bandotdel» rəisinin dostu imiş» başlıqlı yazı səbəb olub. Həmin yazı Fikrət Fərəməzoğlunun məhkəmə prosesindən hazırlanıb. Şirin Abdullayev hesab edirdi ki, məqalədəki fikirlər onun şərəf və ləyaqətini ləkələyir.

XATIRLATMA

«Azadlıq» qəzeti ötən ildən çapını dayandırıb.

Bir neçə il əvvəl qəzetin baş redaktoru Qənimət Zahid, bu ilin əvvəlində isə qəzetin redaktoru Rahim Hacıyev Avropaya mühacirətə gedib.

«Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirli isə həbs olunub. Ötən il avqustun 20-də saxlanan F.Əmirli Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

O, məhkəmənin qərarı ilə 3 il 3 ay həbs cəzası alıb.

Bu ilin aprelində məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbilə qəzetin azadliq.info ünvanındakı saytını da bloklamaq barədə qərar çıxarıb. Sayta indi yalnız ölkə xaricindən giriş mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG