Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 21:30

Suriyada döyüşməkdə ittiham olunana 10 il cəza verildi


Arxiv fotosu

Bu gün, avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etməkdə ittiham olunan Rövşən Qədirovun işi üzrə proses yekunlaşıb.

Məhkəmə onu Azərbaycan CM-in 218 (cinayətkar birliyin təşkili) və 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddələri ilə təqsirli bilib və 10 il həbs cəzasına məhkum edib.

R.Qədirov ittihamları qəbul etməyib.

Buna da bax:​ İŞİD-ə qoşulmaqda suçlanan: ''Skype'la 'Əl-Nüsra'dan olan adamlarla danışdım'

Vəkil Adəm Məmmədovun AzadlıqRadiosu-na bildirməsinə görə, istintaq Qədirova heç bir dəlil təqdim etməyib, yalnız təzyiq altında onun özündən alınmış ifadələrə əsaslanıb. Vəkil deyib ki, Qədirov ümumiyyətlə radikal dini cərəyanların təqibçisi deyil.

A.Məmmədov hökmü "həddindən artıq ağır" adlandırıb və bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.

Vəkilin istintaq müddətində müdafiə etdiyi şəxsə təzyiqlərin olması ilə bağlı dediklərinə, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Buna da bax: Suriyaya getmiş Qarabağ əlili: 'MTN-də dəhşətli işgəncələrə məruz qaldım'

Xatırlatma

Rəsmi ittiham aktında qeyd edilir ki, Quba rayonunun sakini Qədirov qazanc məqsədi ilə Türkiyəyə gedib. Orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub. O, Qədirova Pakistandakı proseslər, silahlı islamçı qrupların şəriətin müdafiəsi uğrunda fəaliyyəti və onların "müsəlmanlara zülm edənlərlə" mübarizələri haqqında məlumat verib.

İttihama görə, həmin şəxsin təsiri altında R. Qədirov 2009-cu ildə cihad məqsədi ilə Pakistana gedib və "Yunus" ləqəbli komandirin rəhbərlik etdiyi "Türk camaatı"na qoşulub.

Buna da bax:​ Anar Mahmudov: 'Suriyada heç bir cinayət törətməmişəm'

Amma sonradan onun "digər mücahidlərlə fikir ayrılıqları yaranıb" və o, 2010-cu ilin martında Türkiyəyə qayıdıb. 2011-ci ilin sentyabrında iddialara görə, R. Qədirov "yenidən cihadda iştirak etməyə qərar verib", bu dəfə Suriyaya yola düşüb. Amma 2012-ci ilin yanvarında yaralandıqdan sonra onun Türkiyəyə qayıtdığı bildirilir.

Bu il aprelin 17-də o, Azərbaycana gəlib və bir müddət sonra həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG