Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:05

Ispaniyada həbs olunan 4 şübhəli hücuma hazırlaşdıqlarını boyunlarına alıblar


Foto arxiv

Barselonadakı terror aktlarından sonra həbs olunan 4 şübhəlinin Madriddə məhkəməsi olub.

Onların hamısı daha böyük hücuma hazırlaşdıqlarını boyunlarına alıblar.

Müttəhimlərin sözlərinə görə, onları terror aktlarına yerli məscidin imamı sürükləyib.

Avqustun 17-də Barselonada törədilən terror hücumunda 15 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb.

BBC-nin məlumatına görə, həbs olunanlar 12 nəfərlik qrupun üzvləridir.

Onlardan 6-sı Barselona və Kambrilsedəki hücumlardan sonra öldürülüb.

İkisi isə Barselona hücumundan 1 gün əvvəl Alkanar şəhərindəki yaşayış evində baş verən partlayışda ölüb.

İstintaqın gəldiyi nəticəyə görə həmin evdə partlayıcı hazırlanırmış.

Evdən tapılan cəsədlərdən birinin cihadçılığa çağıran Abdelbaki al Satti olduğu bildirilir.

Onun Barselona ətrafında yerləşən Ripol şəhərindəki məscidin imamı olduğu bildirilir.

Terrorçular bu şəhərdə yaşayırmışlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG