Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:48

Prezident Gədəbəyə gedib


İlham Əliyev. 17 iyul, 2017 (arxiv fotosu)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 20-də Gədəbəy rayonuna səfərə edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı keçmiş prezident Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Buna da bax:​ Ölkə iqtisadiyyatının gerçək durumu [media icmalı]

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.

Prezident İlham Əliyev sonra “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun açılışında iştirak edib.

Dövlət başçısına bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.

Buna da bax: Cəmil Həsənli: 'Bu vəziyyəti yaradan İlham Əliyevdir'

Müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

Prezident İlham Əliyev dünən, avqustun 19-da isə Samux və Göygöl rayonlarında olub. O, Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun, “Yenikənd” yarımstansiyasının, "Çiçəkli” Su Elektrik Stansiyasının, Süni Mayalanma Mərkəzinin və yeni tikilən uşaq bağçalarının açılışında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG