Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:06

Kasparov ABŞ-da keçirilən beynəlxalq turnirdə 8-ci olub


Garry Kasparov

ABŞ-ın Sent-Luise şəhərində sürətli şahmat üzrə yarış başa çatıb.

12 illik fasilədən sonra ilk dəfə rəsmi yarışa qatılan Garry Kasparov 36 oyundan sonra 16 xalla 8-ci yeri tutub.

Kasparovun məğlub olduğu rusiyalı şahmatçı Yan Nepomnyashiy 4-cü olub.

Turnirin qalibi isə ermənistanlı şahmatçı Levon Aronyan olub.

İkinci yeri Xikaru Hakamura ilə Sergei Karyagin bölüşüblər.

Kasparov onların ikisi ilə də heç-heçə oynayıb.

13-cü dünya çempionu Garry Kasparov bildirib ki, turnirdən əldə etdiyi gəliri xeyriyyə məqsədlərinə sərf edəcək.

O, həmçinin idmana qayıtmaq fikrində olmadığını deyib.

Kasparov 2005-ci ildə şahmat karyerasını başa vurduqdan sonra siyasətlə məşğul olur.

2012-ci ildə Rusiya müxalifətinin koordinasiya şurasına seçilib.

Bir ildən sonra isə hakimiyyətin təqiblərindən ehtiyat etdiyinə görə Rusiyanı tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG