Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 18:04

Rusiya XİN: 'Həmsədrlər növbəti sammitin hazırlanması üzərində işləyir'


Maria Zakharova

“Rusiya həmişə Dağlıq Qarabağ zonasında gərginliyin azalmasına yönəlmiş tədbirləri dəstəkləyib. Həmsədrlər dəfələrlə bu istiqamətdə konkret addımlar atılması zərurətini qeyd ediblər”.

Bu gün, avqustun 18-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zakharova ənənəvi brifinqdə belə deyib. O, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı durumu şərh edib.

Buna da bax:​ Rusiyanın könüllü imtina etməli olduğu ərazilər hansılardır?

“Həmsədrlərin təklif etdiyi tədbirlərin həyata keçirilməsi münaqişə tərəflərinin iradəsindən asılıdır. Biz öz növbəmizdə vəziyyəti sabitləşdirmək və nizamlanma əldə olunmasına yönəlmiş danışıqlar prosesinin davam etdirilməsindən ötrü əlimizdən gələni edirik. Bu ilin aprelində Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə məhz bu yanaşma üstünlük təşkil edib”, – deyən Mariya Zakharova hazırda həmsədrlərin münaqişənin nizamlanması üzrə növbəti sammitin hazırlanması üzərində işlədiyini bildirib.

O, sentyabrın ikinci yarısında Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sammiti çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyini qeyd edib.

“Rusiyada Qarabağ mövzusuna xüsusi diqqət yetirilir, o, bizim xarici siyasət prioritetlərimizə aiddir. Bu Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasında da keçir", – deyə Zakharova qeyd edib.

Buna da bax:​ XİN: 'Məsuliyyət Ermənistanın üzərinə düşür'

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG